скачанные файлы (1)

Məni kövrəldən filmlərdən biri- ” Mən ki, gözəl deyildim” (1968). Filmin mövzusu II Dünya Müharibəsi illərində kənddə insanları bir- birinə bağlayan dostluq, əzizlərini itirmiş insanların dərdinə şərik çıxma kimi xüsusiyyətlər birləşdirir.

Qeyd edək ki, film Bayram Bayramovun eyniadlı əsəri əsasında çəkilib.Filmin çəkilişi zamanı baş verən üzücü faktı nəzərinizə çatdırmaq istərdim:

Birinci çəkiliş günündə faciəli hadisə baş verdi. Lənkəranın Port İliç (Liman) qəsəbəsində filmin ilk epizodunu çəkən zaman pirotexnik partlayış effektini yaratmaq üçün işə başlayır. Lakin texniki səhv ucbatından əsl partlayış baş verir. Nəticədə dörd nəfər – fotoqraf, iki assistent, rejissor Ramiz Əsgərov həlak olur. Beş nəfər isə yaralanır. Yaralılar arasında çəkiləcək filmin operatoru Rasim Ocaqov, aktyor Ələddin Abbasov da var idi. Sonradan Ağarza Quliyev, Tofiq Tağızadə filmi başqa quruluşda çəkmişlər.

Filmdə səslənən musiqilər bəstəkar Fikrət Əmirova aiddir.

Filmdə iştirak edirlər:

Xuraman Qasımova-Səidə, İsmayıl Osmanlı-Şərif, Şahmar Ələkbərov-Məzahir, Eldar Əliyev-Çingiz, Sadıq Hüseynov-Qurban, Ələddin Abbasov-İmran,Rza Əfqanlı-Həmid, Sədayə Mustafayeva-Gözəl, Ağahüseyn Cavadov-Zeynalov, Ələkbər Seyfi-Rəis,Məmməd Bürcəliyev-əsgə, rL. Məmmədov, M. Sərkərov, Almaz Əsgərova-Elmira, Yusif Yulduz-Şikayətçi, Ağarza Quliyev-Rəhim baba, Kima Məmmədova-Qönçə, Asif Əliyev-əsgər

Advertisements