Aysel Yaqubqızı

Nə qədər zirvəyə qalxıb ucalsan,sən qalxan zirvəyə enən deyiləm!

Browni (yaş kek) resepti — Avqust 16, 2016

Browni (yaş kek) resepti

Tərkibi:

1 stəkan şəkər tozu

1 stəkan süd

1 stəkan maye yağ

3 ədəd yumurta

2 stəkan un

1 paket qabartma tozu

1 paket vanil

3 yemək qaşığı kakao

Hazırlanması:

3 yumurta və bir stəkan şəkər tozunu köpüklənənə qədər çırpırıq. Üzərinə digər ingridentləri əlavə edib, yaxşı qarışdırırıq və 180 dərəcəli sobada bişiririk.

Üzərinin isladılması üçün:

yarım stəkan şəkər tozu

2 stəkan süd

2 y/q kakou

1çay stəkanı maye yağ

Qazın üzərinə qoyduğumuz qaba öncə süd, şəkər tozunu və digər ingridentləri əlavə edirik. 2-3 dəqiqə qaynatdıqdan sonra götürürük.

IMG_20160815_214659[1].jpg

Bişirdiyimiz keki sobadan çıxarırıq və üzərinə sous əlavə edirik.

Qeyd: kekin üzərinə sousu ilıq və ya soyuq halda töküb, 1- 2 saat dinləndiririk..Nuş olsun 🙂

 

 

Quymağın hazırlanması ( AJ 409) —

Quymağın hazırlanması ( AJ 409)

Həvəskar çəkiliş..Arxivdən 🙂

Aysel Yaqubqızı

Əziz bloq dostlarım, bu gün bloqda  hazırladığımız süjeti təqdim etmək istəyirəm. Yeni media praktikası fənnindən müəllimimiz yeni media jurnalistikasının tələblərinə uyğun mətn, şəkil və videodan ibarət maraqlı yazı (süjet) hazırlamağı tapşırmışdı. Biz də bir neçə qız birləşib, “quymaq” hazırlayıb, çəkməyi qərara aldıq 🙂  Təbii ki, biz nə aşpaz , nə də professional jurnalist deyilik. Sadəcə maraqlı nəsə eləməyə çalışdıq. Buna nə qədər nail olduq deyə bilmərik. Öncə bu maraqlı prosesdə əməyi keçən  qrup yoldaşlarıma minnətdarlığımı bildirirəm. İndi isə keçək hazırladığımız quymağa 🙂

 2015-12-05-20-02-34-222

Quymaq haqqında, faydaları

Quymaq (kuymak) Samsun, Trabzon, Artvin, Tokat, həmçinin Gürcüstan, Dağıstan, Azərbaycan və Qafqazın bəzi bölgələrində çox məşhur olan yeməklərdən biridir. Əsasən bu yemək qarğıdalı və yaxud buğda ununun kərəyağı ilə birləşimindən əmələ gəlir. Türkiyənin bəzi bölgələrində pendir əlavə edilməklə hazırlanır. Onu da qeyd edək ki, Azərbaycanda əsasən Qarabağ bölgəsində quymağa istiot-(http://www.bizimyol.info/news/32503.html )da əlavə edilir.

Quymağı zaha qadınlara, cərahiyyə əməliyyatından sonra zəifləmiş adamlara verirlər. Quymaq çox…

View original post 164 daha çox kəlmə

Həzrəti Yusif — Avqust 12, 2016

Həzrəti Yusif

Baxdıqca doymadığım yeganə serial, dəqiqliklə çəkilmiş gözəl bir film..Ərsəyə gəlməsində iştirak etmiş və əməyi keçmiş hər kəsdən Allah razı olsun.

1328450542-360

 

   Həzrəti Yusif -2008-ci ildə çəkilən İran televiziya serialıdır. Serialda Yusifin atasından ayrı düşməsindən, qul olaraq satılmasından, Züleyxanın ona qarşı məhəbbətindən, kahinlərə qarşı mübarizə aparmasından, firon ilə görüşməsindən və sonda atası ilə görüşməsindən danışılır.  Bu film Yusif peyğəmbərin qissəsinə tarixi-dini yanaşmaları əks etdirməklə, qədim Misirin Amarna tarixi dönəmində, IV Amenhotepin (Exnaton, yaxud Axnatun) hakimiyyəti zamanı baş verən hadisələri canlandırır.

image.jpg

“Həzrəti Yusif” serialının istehsal müdiri Mühəmməd Sadiq Azildir. Serialın səs operatoru Əhməd Əmiri, səs rejissoru isə Rza Nərmizadədir. “Həzrəti Yusif” televiziya serialının büdcəsi təxminən 2 milyon ABŞ dolları həcmindədir.

Həzrət Yusif” serialında baş rol ifası üçün sınaq çəkilişində 3000 adamın içindən Yusif roluna Mustafa Zamani seçilmişdir. İran televiziyası ilə bağlanmış müqaviləyə əsasən siması daima tərtəmiz və qüsursuz görünməliydi. Çəkilişlər ərzində hər gün ona 3 saat makiyaj-qrim edilirdi və rola hazırlanırdı.

Qısa zaman kəsiyində “Həzrət Yusif” filmi bütün baxış rekordlarını yenilədi və böyük uğur qazandı. Mustafa Zamani Yusif rolu ilə qüsursuz perfomansını hər kəsə göstərərək İran televiziyası tərəfindən mükafatlandırıldı.

Без названия.jpg

“Həzrət Yusif” filmi ilk dəfə olaraq 2008-ci ildə istehsal edilmişdir. Satışa çıxdığı ilk gündən başlayaraq Latın Amerikası, Avropa ölkələrində, Türkiyədə, Pakistanda urdu dilində və ərəb ölkələrində dünyanın müxtəlif dillərinə o cümlədən türk, azərbaycan, ingilis, fransız, ərəb, urdu, italyan, ispan və s. dillərə tərcümə edilərək yayımlanıb.

Rejissor Fərəcullah Sələhşur
Operator Nasir Kavusi
Prodüser Fərəcullah Sələhşur
Yaradıcısı Fərəcullah Sələhşur
Ssenarist Fərəcullah Sələhşur
Rollarda Mahmud Pakniyyət
Mustafa Zamani
Elham Həmidi
Ketayun Riahi
Cəfər Dehqan
Bəstəkar Peyman Yəzdani
Rəssam Fərhad Əlizadə Adi
İstehsalçı ölkə Flag of Iran.svg İran
İl 2008
Studiya CIMAFilm center
Dil Fars dili
İlk çıxış tarixi 27 dekabr 2008
Janr Dini film
Növü Dram
Rəng Rəngli
Mövsüm sayı 3
Seriya sayı 45
Seriya vaxtı Hər seriyanın davam etmə müddəti 50 dəqiqə

 

P.S. Filmin yaradıcısı Fərəcullah Sələhşur əslən azərbaycanlı olan İran rejissorudur və 2016-cı il fevral ayının 27-də vəfat edib. Allah rəhmət eləsin..

Sənə olan eşqim ∞ — Avqust 3, 2016
İki adamın hekayəsi.. — Avqust 1, 2016
Namazda nə üçün üzü qibləyə durmalıyıq? — İyul 31, 2016

Namazda nə üçün üzü qibləyə durmalıyıq?

 

namaz2.jpg

 

   Namazın üzü qibləyə qılınması o demək deyil ki, Allahın qiblə istiqamətində məkanı var. Quranda qiblə məsələsi ilə bağlı buyurulur: “Şərq də, qərb də Allahındır. Hansı tərəfə üz tutsanız, Allah oradadır”… (“Bəqərə”, 115) Digər bir ayədə isə belə buyurulur: “Şərq də, qərb də Allahındır”. (“Bəqərə”, 142)

Unutmamalıyıq ki, insan maddi bir varlıq olduğundan üzünü hansısa bir istiqamətə tutmağa məcburdur. Əgər qiblə göstərişi olmasaydı, təbii ki, ibadət zamanı hərə üzünü bir tərəfə tutacaqdı. Amma İslamda bu məsələ yetərincə həll olunmuşdur. Kəbə evi ən qədim tövhid mərkəzidir. Bu ev tövhid qəhrəmanı həzrət İbrahim tərəfindən bərpa edilmiş və bütün Peyğəmbərlərin diqqət mərkəzində olmuşdur. Bu tövhid mərkəzinə diqqət Allaha diqqətdir. Belə bir mərkəzə üz tutmuş insan özünü Allah hüzurunda hiss edir.

Bundan əlavə, dünya müsəlmanlarının gün ərzində beş dəfə bu müqəddəs mərkəzə üz tutması vəhdət, birlik nişanəsidir. Vahid qiblə İslami birliyə yardım göstərir və dünya müsəlmanları eyni bir cəhətə üz tutmaqla İslamın əzəmətini nümayişə qoyurlar.

 

MüsəlmanlarıNamaza dəvət edən çağırış-Əzan səsi.İLK dəfə əzanı Rəsulullahın əmri ilə səhabə Bilal Habeşi oxumuşdur.

Sızlar yada düşəndə ürəyimin telləri.. — Aprel 23, 2016